Debian Server-ə statik ip adresi təyin etmək
Günümüzdə bir çox proqram, toollar və veb saytlar artıq Windows mühitdən Linux-a keçir, buna səbəb isə Linux Distroları məsələn Debian digər əməliyyat sistemlərinə nəzərən daha stabil və problemsiz işləyir. Ona görə də biz çox servisi onun üzərində qururuq.
Bu yazımda sizlərə Debian Serverə CLI Terminal üzərindən ona Statik IP necə verə bilərik onu göstərəcəm.
İlk olaraq sizə Sudo haqqlarına sahib admin user yaratmağı göstərəcəm ki SSH ilə qoşularkən root user yerinə bu istifadəçi adı ilə qoşulub admin privilge istəyən işlərinizi sudo komandası və parolunuzla rahatlıqla icra edə biləsiniz.
Yeni istifadəçi yaratmaq üçün root user ilə login olduqdan sonra terminalda aşağıdakı komandanı icra edirik. Yeni useri yaratdıqdan sonra ona parol təyin edirik və sonra əlavə məlumatlar yazıb sonda böyük Y deyirik.
adduser cavadmikayil1
Useri yaratdıq, indi isə bu istifadəçi adını Sudo qrupuna üzv edək ki sudo komandasıyla məsələn serveri update etdikdə bizim bunu edə bilmə icazəmiz olsun.
sudo usermod -aG sudo cavadmikayil1
Bundan sonra biz exit edib yeni user ilə login ola bilərik. İndi isə keçək Debian-a Statik IP vermə prosesinə.
İlk öncə IP adresini dəyişəcəyimiz Network Interface Card adına baxırıq.
ip -c link show
Burada məsələn ens33, enp0s3 kimi adlar olur.
Daha sonra isə hal-hazırda olan şəbəkə ayarlarının backup-nı alırıq ki birdən nəyisə səhv edərik.
sudo cp /etc/network/interfaces ~/
Sonra network configuration edit etmək üçün isə nano ilə config faylı dəyişə bilirik, cat komandası ilə isə içinə baxa bilirik. Əgər sizdə nano komandası işləməsə Nano yükləməyi unutmayın (sudo apt-get install nano -y)
sudo nano /etc/network/interfaces
İnterface kartı açanda DHPC-dən avtomatik ip aldığı üçün aşağıdakı kimi bir config görə bilərsiniz.
# The primary network interface
allow-hotplug enp0s3
iface enp0s3 inet dhcp
# yəni comment tag-I ilə bu komandanı blok edə bilərsiniz
# iface enp0s3 inet dhcp
İndi isə Şəbəkə kartına ardıcıllıqla statik ip, subnet mask, gateway, domain adı və dns veririk:
# The primary network interface
auto enp0s3
iface enp0s3 inet static
address 192.168.100.97
netmask 255.255.255.0
gateway 192.168.100.1
dns-domain tbank.cpl
dns-nameservers 8.8.8.8
Edit sonrası ctrl o ilə üzərinə yazırıq eyni adla yaddaşa vururuq enter, sonra isə ctrl x ilə çıxırıq editordan.
Sonda isə network-a restart veririk.
sudo systemctl restart networking
Sonda ip adresimizə ip a və ya ifconfig komandalarıyla baxıb yoxlaya bilərik, hətta serverə reboot komandası ilə restart verib bu serverin yeni statik ip-sini ping ilə yoxlaya bilərik.
Post Comment