Loading Now
×

Populyar şəbəkə protokolları

Populyar şəbəkə protokolları

Bu yazımda sizlərə IT sahəsində ən çox eşidəcəyiniz məşhur şəbəkə protokollarından bir neçəsi barədə bəhs edəcəm.

SSH

SSH (Secure Shell), şəbəkədə məhsuldar və təhlükəsiz birləşmələr təmin edən bir şəbəkə protokoludur. SSH, bir kompüterdən digərinə məlumat ötürmək və ya hər hansı bir sistemə uzaqdan giriş etmək üçün istifadə olunur. SSH Şifrələnmə və autentifikasiya texnologiyaları ilə məlumatların təhlükəsizliyini təmin edir. SSH ilə biz məsələn kompüterimizdən Cisco Routerə uzaqdan qoşulub onu CLI ilə komandalarla idarə edə bilərik. SSH Telnet-ə nəzarən trafiki şifrələdəyi üçün daha təhlükəsiz hesab olunur.

UDP

UDP (User Data Protocol) Sadə məlumatların ötürülməsini təmin edən sürətli bir şəbəkə protokoludur. TCP-dən fərqli olaraq, məlumat ötürərkən səhvləri düzəltmə və sıralama  zəmanəti vermir. Bu da, UDP-ni aşağı gecikmə müddəti tələb edən video, onlayn oyunlar və VoIP kimi tədbiqlər üçün ideal edir.

TCP

TCP (Transmission Control Protocol), internet üzərindən etibarlı və ardıcıl məlumat ötürülməsini təmin edən bir komnukasiya protokoludur. TCP, məlumat paketlərinin düzgün çatmasını təmin etmək üçün səhvlərin aşkarlanması və düzəldilməsi, paketlərin yenidən sıralanması kimi mexanizmlərdən istifadə edir. Bu, TCP-ni veb səhifələrin yüklənməsi, e-poçt göndərilməsi və fayl ötürülməsi kimi dəqiq məlumat ötürülməsi tələb edən tədbiqlər üçün idealdır.

DNS

DNS (Domain Name System), internet üzərində domen adlarını IP ünvanlarına çevirən (və ya tam tərsi) bir sistemdir. İnsanların oxuya biləcəyi domen adlarını məsələn pits.az kompüterlərin anladığı IP ünvanlarına məsələn 192.0.2.1 çevirərək, internet üzərindən məlumatların düzgün istiqamətlənməsini təmin edir. DNS, veb saytlarına və onlayn xidmətlərə asan və sürətli giriş imkanı yaradır.

FTP

FTP (File Transfer Protocol), faylların bir kompüterdən digərinə şəbəkə üzərində (internet) ötürülməsini təmin edən bir şəbəkə protokoludur. FTP, faylların yüklənməsi və endirilməsi, məlumatlara giriş və onları idarə etmək üçün asan və effektiv bir yolu təmsil edir. Bir çox hosting xidmətləri və veb serverlər FTP-ni saytın fayllarını idarə etmək üçün istifadə edir. FTP 21 Portu üzərindən işləyir, daha təhlükəsiz versiyası olan SFTP isə 22 portu ilə.

ICMP

ICMP (Internet Control Message Protocol), internet protokolları üzərində xəbərdarlıq və diaqnostika mesajlarının göndərilməsini təmin edən bir protokoldur. ICMP, şəbəkədəki qarşılıqlı əlaqə və problem həllində kömək edir. Məsələn, ping icrası və şəbəkə tərəfindən qəbul olunmuş paketlərin məlumatını almaq, Daha çox troubleshooting üçün  istifadə olunur. Biz CMD-də ping 8.8.8.8 yazmaqla internet WAN şəbəkəmizi yoxlaya bilərik.

Author

Post Comment