Loading Now
×

DNS Record Nədir? Ən Çox İstifadə Olunan Növləri

DNS Record Nədir? Ən Çox İstifadə Olunan Növləri

İnternetdə hər şey adlarla işləyir: google.com, youtube.com və s.
Amma kompüterlər ad yox, IP address anlayır.
Burada köməyə DNS (Domain Name System) gəlir.

DNS-i telefon kitabçası kimi düşün:
ad → nömrə
domain name → IP address

İndi isə ən çox istifadə olunan 8 DNS Record Type-a baxaq

  1. A (Address) Record

A Record domain adını IPv4 address-ə çevirir.

Yəni: Browser deyir ki, “bu sayt hardadır?” – A record cavab verir.

pitstech.az → 192.168.1.1

Bu record ən əsas DNS record-dur.
Əgər A record yoxdursa, sayt açılmaz.

  1. CNAME (Canonical Name) Record

CNAME Record bir domain-i başqa domain-ə yönləndirir.

Məsələn:

www.pitstech.az → pitstech.az

Adətən subdomain-lər üçün istifadə olunur.

Bir neçə adı eyni sayta bağlamaq üçün

Managementi asanlaşdırmaq üçün əladır.

  1. AAAA Record

AAAA Record, A record kimidir, amma fərqi var .
Bu record IPv6 address üçün istifadə olunur.

pitstech.az → 2001:db8::1

Qeyd: Əgər saytımız IPv6 dəstəkləyirsə, AAAA record olur.

  1. PTR Record

PTR Record əksinə işləyir.

Burada:

IP address → domain name

Bu prosesə reverse DNS lookup deyilir.

Harada lazımdır?

Mail server-lərdə

Server-in real olub-olmadığını yoxlamaq üçün

Çox vaxt email problemlərində PTR record yoxlanılır.

  1. MX (Mail Exchange) Record

MX Record email-lərin hara gedəcəyini göstərir.

Məsələn:

example.com → mail.example.com

Kimsə sənə email göndərəndə DNS deyir:
“Bu domain-in mail server-i budur”.

MX record olmadan email işləməz.

  1. NS (Name Server) Record

NS Record deyir ki:
“Bu domain-in DNS cavablarını kim verir?”

Yəni hansı DNS Server cavabdehdir.

Məsələn:

ns1.example.com
ns2.example.com

Domain alanda ilk işlədilən record-lardan biridir.
Bunu Cloudflare və ya Easydns-ə qeydiyyat edə bilərsiz.

  1. SRV (Service) Record

SRV Record xüsusi servislər üçün istifadə olunur.

Bu record:

service

protocol

host

port

məlumatlarını saxlayır.

Harada istifadə olunur?

VoIP

XMPP

Microsoft services

Adətən A Record ilə birlikdə işləyir.

  1. TXT (Text) Record

TXT Record DNS-ə mətn əlavə etməyə imkan verir.

Ən çox istifadə olunan sahələr:

SPF

DKIM

Domain verification

Məsələn:

v=spf1 include:_spf.google.com ~all

Email security üçün çox vacibdir.

Nəticə olaraq öyrənək, yadımızda saxlayaq bunları:

A / AAAA → saytın IP address-i

CNAME → yönləndirmə

MX → email

NS → DNS server-lər

PTR → reverse lookup

SRV → xüsusi servislər

TXT → təsdiqləmə və security

DNS-i yaxşı başa düşsən: sayt problemlərini email xətalarını server problemlərini daha rahat həll edərsən

Author