Loading Now
×

Linux Nədir ? Kernel, Linux Distro

Linux Nədir ? Kernel, Linux Distro

Linux (və ya GNU/Linux), əslində bir əməliyyat sistemi deyil, bir əməliyyat sisteminin nüvəsidir (kernel). Bu nüvə, çox istifadəçi və çox vəzifəli sistemlər üçün nəzərdə tutulmuş, açıq mənbəli, pulsuz və sərbəst şəkildə paylaşılan proqramdır. Linux haqqında danışmaq üçün ilk olaraq Kernel nədir onu bilməliyik.

Kernel: Əməliyyat sisteminin kompüter yaddaşına yüklənən ilk hissəsidir. Bütün əməliyyat sisteminin mərkəzini yaratdığı üçün Kernelin kiçik ama təsirli bir kodlanmağa ehtiyacı vardır. Kernel kompüterin Hardware ilə Software arasındakı əlaqəni yaradır. Kernel əməliyyat sisteminin bir növ ürəyidir. Kernel yaddaş və sabit disqlərin idarə edilməsi, prosessor həmçinin digər avadanlıqları idarə etməklə məşğuldur.

Linux, GNU prinsiplərinə uyğun olaraq inkişaf etdirilmişdir. “GNU” “GNU’s Not Unix” ifadəsinin qısaldılmasıdır və sərbəst proqram anlayışını dəstəkləyən bir hərəkətdir. Bu fikir ilk dəfə 1983-cü ildə MIT universitetindən Richard Stallman tərəfindən irəli sürülmüşdür. GNU prinsiplərinə əsaslanan proqramlar adətən GPL (General Public License) lisenziyası ilə qorunur, bu da onların sərbəst şəkildə istifadə və paylanmasına imkan verir.

Linux nüvəsi GNU prinsipləri əsasında inkişaf etdirildiyi üçün bir çox halda “GNU/Linux” adlandırılır.

1991-ci ildə Linus Torvalds tərəfindən yaradılan Linux, kompüter sistemlərinin işləmə prinsiplərini təmin edən və fərqli tətbiqetmələri dəstəkləyən bir əsasdır. Bu gün Linux, fərdi kompüterlərdən superkompüterlərə, mobil cihazlardan serverlərə qədər geniş miqyasda istifadə olunur.

Linux Kernel Nə İşə Yarayır?

Linux, bir kompüter sisteminin əsas funksiyalarını yerinə yetirən bir infrastruktur təmin edir. Əməliyyat sistemi üzərində çalışan bütün proqramlar, əsas olaraq Linux nüvəsinə sorğular göndərir və onun cavabları əsasında işləyir.

Linux nüvəsinin əsas funksiyaları bunlardır:

  1. Proseslərin idarəsi
    • İstifadəçilərin tapşırıqlarını növbəli şəkildə yerinə yetirir.
  2. Resursların idarəsi
    • Sistemin resurslarını (məsələn, yaddaş və prosessor) düzgün şəkildə bölüşdürür.
  3. Sistemin sabitliyini təmin edir
    • İstifadəçi tələblərinə əsasən sistemin düzgün işləməsini təmin edir.

Linux nüvəsini istifadə edən əməliyyat sistemlərinə “Linux distrosiyaları” deyilir. Ubuntu, Fedora, Debian və CentOS bu distrosiyalara aid məşhur nümunələrdir.

Nəyə Görə Linux çox istifadə olunur?

Bunu bilmək üçün biz Linux-un əsas üstünlükləri nələrdir, onlara nəzər yetirək:

  1. Təhlükəsizlik və Stabil İşləmə
    • Linux, təhlükəsizliyi və sabit işləməsi ilə tanınır. Virus hücumlarına qarşı çox davamlıdır.
  2. Donanım Üzərində İdarəetmə Asanlığı
    • Məsələn, sabit diskdən bir fayl oxunduqda, Linux faylın fiziki olaraq hansı hissədə olduğunu müəyyən edir və istifadəçiyə bu faylı tam formada təqdim edir.
  3. Effektivlik və Çoxfunksiyalılıq
    • Serverlərdə, fərdi kompüterlərdə, hətta superkompüterlərdə belə istifadə olunur.

Linux-un Ən Əsas Xüsusiyyətləri

  1. Açıq Mənbə və Pulsuzdur
    Linux-un kodları hər kəs üçün açıqdır. Bu, istənilən istifadəçinin sistemi öz ehtiyaclarına uyğun olaraq dəyişdirməsinə imkan yaradır.
  2. Təhlükəsizlik
    Linux, yüksək səviyyədə təhlükəsizlik təmin edir. Virus və zərərli proqramlar Linux-da nadir hallarda rast gəlinir.
  3. Müxtəlif Distrosiyalar (Paylanmalar)
    Linux-un fərqli ehtiyaclara uyğun müxtəlif versiyaları mövcuddur. Məsələn:

    • Ubuntu – istifadəçi dostu interfeysi ilə məşhurdur.
    • Debian – sabit və etibarlı bir seçimdir.
    • CentOS – serverlər üçün geniş istifadə olunur.

Linux-u Kimlər Seçir?

Linux IT mütəxəssisləri, proqramçılar və sistem inzibatçıları arasında geniş yayılmışdır. Şirkətlər və qurumlar isə təhlükəsizlik, sabitlik və az xərcli həllər səbəbindən Linux-u üstün tuturlar.

Linux Harada İstifadə Olunur?

  • Serverlər: İnternetdə gördüyünüz veb saytların böyük əksəriyyəti Linux serverlərində işləyir.
  • Mobil Cihazlar: Android əməliyyat sistemi Linux nüvəsinə əsaslanır.
  • Superkompüterlər: Dünyanın ən güclü kompüterlərinin çoxu Linux istifadə edir.
  • IoT (İnternet of Things): Linux, ağıllı cihazların idarə olunmasında geniş istifadə olunur.

Bəs Linux Distroları nələrdir?

Linux nüvəsi (GNU/Linux) açıq mənbə və sərbəst şəkildə paylaşılan bir sistemdir. Bu kerneldən istifadə edilərək inkişaf etdirilən əməliyyat sistemlərinə Linux distroları (Linux distribution) deyilir. Linux distroları, GNU/Linux-un güclü və çevik strukturunu istifadə edərək, fərqli istifadəçi tələblərinə cavab verən sistemlər kimi dizayn edilir. Hər bir Linux distrosiyası fərqli məqsəd və istifadəçi təcrübəsi üçün optimallaşdırılıb.

Linux Distribution

Linux-un açıq mənbə təbiətinə görə yüzlərlə fərqli distro mövcuddur. Əslində, hər kəs öz ehtiyaclarına uyğun Linux distrosiyası yarada bilər. Lakin belə bir sistem yaratmaq üçün müxtəlif testlərin aparılması və uyumluluğun təmin edilməsi tələb olunur ki, bu da vaxt aparan bir prosesdir.

Linux distroları əsasən iki xüsusiyyətə görə qruplaşdırılır:

  1. Paket idarəetmə sistemi
    • dpkg (Debian Package Management System)
    • rpm (Red Hat Package Manager)
    • packman və digər sistemlər.
  2. Əsas Baza
    • Debian: Ubuntu, Pardus, Linux Mint bu bazaya əsaslanır.
    • Red Hat: CentOS, Fedora, Oracle Linux bu bazaya əsaslanır.
    • Arch: Minimal və optimallaşdırılmış sistemlər yaradan Arch əsaslı dağıtımlar mövcuddur.

Linux Distroları Arasındakı Fərqlər

Linux distroları bir çox cəhətdən bir-birindən fərqlənir:

  • Paket idarəetmə sistemi: Hər distrosiyanın öz unikal idarəetmə mexanizmi var.
  • Quraşdırma üsulu: İstifadə asanlığına görə fərqlər yarana bilər.
  • Görüntü interfeys: GNOME, KDE və digər masaüstü mühitləri.
  • Məqsəd: Gündəlik istifadə üçün və ya server, proqram inkişafı və s. üçün optimallaşdırılmış ola bilər.

Məsələn:

  • Ubuntu: Yeni başlayanlar üçün ideal seçimdir. Görsel interfeysi və aktiv dəstək icmaları var.
  • CentOS: Stabil işləməsi və LAMP kimi server mühitlərində istifadəsi ilə tanınır.
  • Fedora: Yenilikçi və təcrübəli istifadəçilər üçün nəzərdə tutulmuşdur.

Bizə uyğun Linux Distrosunu necə seçək bəs?

Linux distrosiyası seçərkən istifadənin məqsədini nəzərə almaq vacibdir:

  • Əgər gündəlik istifadə üçün rahat bir sistem axtarırsınızsa, Ubuntu və ya Linux Mint uyğun ola bilər.
  • Server və müəssisə mühitləri üçün isə CentOS, Red Hat Enterprise Linux və ya Debian kimi sistemlər tövsiyə olunur.
  • Minimal və optimallaşdırılmış sistemlər üçün Arch Linux və ya onun əsaslanan distrosiyaları maraqlı seçimdir.

Ən çox istifadə edilən Linux distrübitivləri (versiyaları):

  1. Ubuntu-istifadəsi çox asandır.
  2. Debian-dünyaca ən məşhurlardandır.
  3. Centos- Red Hat Enterprise Linux üzərində qurulmuş onunla çox uyumlu olan pulsuzdur. Sərbəst developerlər və istifadəçilər tərəfindən Qürumlarda istifadəçilər və serverlər üçün yaradəlmışdır. Bugün yüzlərnən supercomputer CentoS sistemi ilə işləyir.
  4. Mint-ən çox yüklənən distrubitivdir.
  5. Red Hat Enterprise- pulludur şirkətlərdə IT sahəsində istifadəçilər,serverlər və workstation-lar üçündür.
  6. Fedora/Fedore Core- Red Hat şirkətinin pulsuz versiyasıdır.
  7. Manjaro-təməli desktop istifadəsinə yönəlmişdir.
  8. openSuSe- ən dəstəklənən və ən mükəmməl distrubitivdir.
  9. Knoppiks- Native və ya Virtual olaraq heçbir qurulma (setup) tələb etmədən birbaşa flashdan və ya Cd-dən işləyə bilir. Bu versiyaya Canlı sistem, həmin avadanlığa isə məs: Canlı USB deyilir.
  10. Pardus- Tübitak Türkiyə tərəfindən 2005-də yaradılmışdır
  11. Lin.az – Azerbaijan distrubitividir.

IT sahəsində ən çox istifadə ediləbən Linux Distribution-ları:

1.Red Hat– Lisenziya lazımdır. texniki dəstək mövcuddur. 7/24 Support olduğu üçün Ödənişlidir.

2.Ubuntu – Serverlər üçün

3.Centos-Red Hat ilə 100% eynidir demək olar,pulsuz verisyasıdır. Red Hat öyrənmək və ona keçiş üçün yaradılıbdır.

 

TailsOS haqqında digər yazımda daha ətraflı bəhs edəcəm burada qısa məlumat vermək istədim:

Bu əməliyyat sistemini hər hansı bir usb flash karta yazıb birbaşa olaraq qoşduğumuz kompüterdə onu yükləməyə ehtiyac olmadan işlətmək olur. Bu adətən gizliliyi yüksək səviyyədə qoruduğu üçün hackerlar, aktivistlər və jurnalistlər tərəfindən daha çox istifadə edilir. Işlərini bitirindən sonra flashkartı kompüterdən çıxardıb iz buraxmadan məxfi şəkildə həyatlarına davam edirlər. 😊

Linux-un geniş yayılmış distrosiyalarından istifadə edərək həm texnologiyaya yaxınlaşa, həm də ehtiyaclarınıza uyğun sistemlərdən faydalana bilərsiniz. Hər bir distrosiyanın öz icması və resursları olduğu üçün öyrənmək asandır və maraqlıdır. Linux-un sadəliyi, təhlükəsizliyi və açıq mənbə olması onu IT mütəxəssislərinin, proqramçıların və həvəskar istifadəçilərin seçimlərindən birinə çevirir.

Author

Post Comment