Korporativ şirkət mail adreslərinin yaradılması
Günümüzdə İnternetdə varolan bizneslərin korporativ kimliyinin ən vacib faktorlardan biri şirkət domainində qurulmuş e-mail adresinizdir. Xüsusən də, əgər sizin şirkət daha yeni yaradılıbsa və tanınmırsa rəqabətdə üstünlük əldə etməniz üçün öz şirət imicinizi yüksək səviyyədə göstərməlisiniz. Sizin şirkətin adına uyğun bir domain adı ilə qurulmuş korporativ mail biznesinizin nə qədər ciddi olduğunu göstərən ən böyük amillərdən biridir. Bəzi şirkətlər hələdə mailru, gmail sonluqlu mail adreslərindən istifadə edirlər və bu biraz profesionallıqdan uzaqg görünür nəticədə, odur ki siz də bizə müraciət edərək [email protected] kimi sizin şirkət adına uyğun mail hesablar və qruplar yarada bilərsiniz.
Elektron poçtlar iş dünyasında məlumat mübadiləsinin ən təsirli mənbələrindən biri olduğundan, biznes e-maillərdən istifadə etmək hər bir şirkət üçün zəruridir. Əgər emaildə şirkət adı yoxdursa, çox güman ki, e-poçtunuz spam kimi qeydə alınacaq və bir çox “gələn və gedən” məktublarınız “görünməz virusa” çevriləcəkdir.
Biz mail hesablarını əməkdaşlıq etdiyimiz Microsoft Şirətinin 365 Məhsulu üzərində yaradırıq və gələcəkdə istəsəniz bu mail adreslərinə birçox lisenziyalar əlavə edə bilərik ki siz word, excel və onedrive kimi servisləri istənilən cihazdan çox rahatlıqla istifadə edə biləcəksiniz.