IP Telefoniya – IP PBX
Günümüzdə bir çox təşkilatlar gündəlik əlaqə qurma və məlumat paylaşma ehtiyaclarınə ənənəvi komnukasiya qurma texnologiyası olan Analoq Telefonlar ilə görürlər. Bu bildiyimiz sadə funksiyalara sahib evdə işlətdiyimiz telefonlardır, bir biznesin bütün ehtiyaclarını görməkdə çətinlik çəkir bəzən.
IP Telefoniya isə təşkilatların müasir komnukasiya tələblərinə cavab verən, güvənli və inkişaf etmiş texnologiyadır. Ölkəmizdə hal-hazırda birçox şirkətlər bu müasir telefoniya xidməti olan IP PBX ilə öz ehtiyaclarını artıqlamasıyla qarşılayırlar. IP Telefoniya bizə internet nömrəsi ilə həm ofisi xarici həm də ofis daxili zənglər etməmizə imkan yaradır.
Bəzən bizim fiziki masaüstü telefonlara olan asılılğınmızı aradan qaldıraraq softfonlar ilə zənglər etməmimizə imkan yaradır ki bu da maliyyə qənaətinə imkan yaradır.
Bizə müraciət edərək siz ofis və mağazalarınıza, zavod və fabriklərinizə IP Telefoniya şəbəkəsinin qurulmasını sifariş edə bilərsiniz. Daha sonra mühəndislərimiz ofis baxış keçirərək layihənin plan və dizaynı qurub qiymət təklifi göndərərək sizə qısa müddət ərində işinizi asanlaşdıracaq IP Telefoniya servisini quracaqlardır.
Tamamilə müasir telefoniya sistemləri və fiziki masaüstü telefonlardan ( Cisoc, Yealink) istifadə edərək istifadəçilərə tam rahatlıq yaradırıq.
Advanced PBX sistemləri ilə biz sizin şirkətin Call Center mərkəzinə uyğun da bir telefoniya sistemi qura biləcəyimizi bildiririk.
Telefoniya üçün olan ATS-i fiziki avadanlıq olaraq və ya Bulud həlli üzərində serverlərdə quraşdırırıq.
Müasir IP Telefoniyanın Analoq telefonlardan əsas üstün cəhətləri:
- Geniş inteqrasiya imkanları
- İVR (avtomatik salamlaşma, məlumatlandırma və ağıllı menu)
- IP telefoniya qurulması və sazlanması ənənəvi mini-ATS-lə müqayisədə daha sadədir;
- IP telefoniya İnternet vasitəsilə konfiqurasiyalı interfeysin olması hesabına daha sadə şəkildə idarə edilir
- Ayrılmış telefon xəttlərinə ehtiyac yoxdur
- Telefonların ofisin istənilən yerində rahat daşınma imkanları var
- SİP standartı bahalı ənənəvi telefon aparatlarından istifadə zərurətini istisna edir
- Sistemin sonsuz genişlənmə imkanları
- Geniş hesabatlar imkanları
- Sistemin cari vəziyyəti və zənglər haqqında ətraflı məlumat almaq imkanları
- Səsli poçt
- Geniş imkanlı telefon məlumat kitabçası
- Daxil olan və buraxılmış zənglər barədə xəbərdarlıq
- Danışıqların qeyd edilməsi və onların sonradan səsləndirilməsi imkanı
- Qeyri-məhdud sayda abunəçi üçün konfrans əlaqəsi
- Zənglər barədə ətraflı stastistik məlumat, qeyd olunmuş danışıqları dinləmək imkanı
- Hər istifadəçi üçün şəxsi kabinet
- Hər istifadəçi üçün şəxsi telefon kitabçası
- Yönləndirilməli olan şəxsi nömrələrin siyahısının yaradılması və dəyişdirilməsi
- Yönləndirmə prioritetlərinin müəyyən edilməsi
- Daxili əlaqənin təşkili
- İP-şəbəkələrdən və TfOP-dan istifadə etməklə bütün xarici abunəçilərlə gələn və gedən zənglərin təşkili
- Baş ofis və istənilən sayda filiallar üçün nömrələmənin vahid planının təşkili
- İstifadəçi qruplarını yaradaraq onların müxtəlif xidmətlərə girişi üçün səlahiyyətlərin təqdim edilməsi və onların məhdudlaşdırılması
- Rahat abunəçi interfeyslərinin və müxtəlif xidmətlərin təqdim olunması
- Müvafiq abunəçi interfeysi və müxtəlif xidmətlər
- Katib vasitəsi ilə zənglərin paylanması
- Zəngin ötürülməsi
- Mikrofonun müvəqqəti söndürülməsi (MUTE)
- Çoxkanallı telefonlar