Veb Saytların önəmi nədir ?
Günümüzdə bizneslərin internetdə varlığı danılmazdır. İnternetdə biznesinizi daha da gücləndirəcək effektiv marketinq vasitələrindən biri də veb saytlardı. Vebsaytlar demək olarki biznesinizin internet üzərindəki üzüdür. Belə ki, məhsul və ya xidmət axtarışında olan hər hansı bir istifadəçi ilk olaraq sayt vasitəsilə şirkətinizi tanımış olur. Saytın görünüşü (dizaynı) yaxşı olduqda istifadəçiniz sizə daha çox güvənəcək və saytınızda daha çox vaxt keçirdəcəkdir. Buna görədə veb saytların hazırlanması və dizaynı zamanı bu nüansa xüsusilə diqqət etmək lazımdır.
Veb sayt ilə siz öz biznesinizi müştərilərin məlumat alması və sizinlə əlaqə qurması üçün 7/24 aktiv saxlaya bilərsiz ki bu da sizə yeni müştərilər qazandıracaqdır.
Veb saytlar şəxsi, kommersiya satış, təhsil, info, bioqrafiya və ya xəbər kimi müxtəlif məqsədlər üçün istifadə edilə bilər və veb dizayn, domain və veb hostinq kimi müxtəlif texnologiyalardan istifadə etməklə yaradıla bilər. Vebsayt sizin internetdə daha çox kütləyə çıxışınızı təmin edir. Bununla yanaşı müştərilərinizə onlayn olaraq daha çox məlumat verə bilir və ya məhsulunuzu sata bilirsiniz.
Biz sizin üçün aşağıdakı veb həlləri təklif edirik
Korporativ info veb sayt
Sizin şirkətin internetdə olan sanki rəsmi bir təmsilçisidir. Doğru şəkildə hazırlanmış və düzgün məlumat qeyd edilmiş bir korporativ veb sayt şirkətin üstünlüklərini, müsbət imicini və gücünü özündə əks etdirə bilər ki bu da sizə yeni müştərilər qazanmağa imkan yaradacaqdır. Korporativ sayt sizin 7/24 fəaliyyət göstərən müştəri xidmətinizdir.
Onlayn Mağaza Veb saytı
Günümüzdə Amazon kimi böyük qurumlar belə öz məhsullarını çox rahatlıqla veb sayt üzərindən satır, odur ki sizdə öz mağazanızın və ya istehsal etdiyiniz məhsullarınızı veb sayt üzərindən satışını həyata keçirə bilərsiniz. Onlayn alış-veriş saytlarının dizaynı esetetik görünüşün və geniş funksionallığın birləşməsidir. Bu kimi önəmli məqamların bir yerdə olması satışın artmasında vacib rol oynayır.
Landing Page dizaynında bir sayt
Düzgün şəkildə qurulmuş bir səhifəlik landing page hər hansı bir məhsul və ya xidmətinizin satışına çox müsbət təsir edəcəkdir, müştərilər onlara lazım olan məlumatı tez və asanlıqla əldə edəcəkdir.
Şəxsi blog
Əgər siz məşğul olduğunuz sahədən sadəcə pul qazanmaq yox həmçinin həmin sahə üzrə araşdırmalar edir, kitab oxuyur, video dərslərə baxır, bir sözlə bu sahəni sevirsinizsə və bu qızıldan önəmli biliklərinizi öz izləyicilərinizlə bölüşmək istəyirsinizsə deməli şəxsi blog saytın hazırlamağın elə tam vaxtıdır. Fərdi dizayna malik, funksional və google seo standartlarına cavab verən bir blog saytı işinizi çox asanlaşdıracaq. Həmçinin internet istifadəçilərinin çoxunun mobil telefon vasitəsilə veb saytlara daxil olmasını nəzərə alsaq təmsil etdiyi şirkətin veb saytı nə qədər adaptiv və uyumlu olsa bir o qədər istifadəçi trafiki artar.
Veb saytları hazır edərkən şirkətinizin logosouna, brendiniz rəng paletinə və qurumun fəaliyyət istiqamətinə uyğun xoş bir visual görüntüyə sahib veb sayt hazırlayır, sizin istəyiniz üzərinə birinci və ikinci dərəcəli menyular, ana səhifə üzərində önəmli məlumatlar, sizinlə əlaqə qura bilmələrəi üçün formlar və livechatlar hazır edirik. Sizin saytınızı tələbatınıza və istifadəçi trafikinə uyğun sürətli və təhlükəsiz bir serverdə həmçinin marka adınıza uyğun bir domain ilə kəsintisiz və tam təhlükəsiz bir şəkildə yayınlayırıq.